DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > Mehman Əliyev haqqında 3 aylıq həbs qətimkan tədbiri seçildi

Mehman Əliyev haqqında 3 aylıq həbs qətimkan tədbiri seçildi


25-08-2017, 16:52. Yerləşdirdi: sefa Mehman Əliyev haqqında 3 aylıq həbs qətimkan tədbiri seçildi
"Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində məhkəmə qərar verib.

Musavat.com xəbər verir ki, məhkəmənin qərarı ilə Mehman Əliyev barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

***

"Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevə qarşı daha bir ittiham irəli sürülüb.

APA-nın məlumatına görə, vəkil Fuad Ağayev bildirib ki, M. Əliyev qanunsuz sahibkarlıqda da ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.

Vəkilin sözlərinə görə, M. Əliyev istintaq orqanının təqdimatına əsasən, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Yasamal Rayon Məhkəməsinə aparılıb.
Geri qayıt