DataLife Engine > Siyasət, Kriminal, BLOK XƏBƏR, MANŞET > Naxçıvanın daxili işlər naziri ev dustaqlığına götürüldü

Naxçıvanın daxili işlər naziri ev dustaqlığına götürüldü


16-07-2017, 19:06. Yerləşdirdi: sefa Naxçıvanın daxili işlər naziri ev dustaqlığına götürüldü
Naxçıvan Muxtar Respublikasında daxili işlər naziri general-leytenant Əhməd Əhmədov vəzifədən çıxarılıb və ev dustaqlığına götürülüb.

Xalqinfo” xəbər verir ki, bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildirilib.

Naxçıvanın Daxili İşlər Nazirliyi başçısının vəzifələrini hazırda Əhməd Əhmədovun müavini icra edir.

Məlumatda o da bildirilir ki, muxtar respublikanın polisində yoxlamalar aparılır.

Qeyd edək ki, Əhməd Əhmədov Naxçıvanın Daxili İşlər Nazirliyinə 2000-ci ildən başçılıq edirdi.
Geri qayıt