DataLife Engine > Siyasət > İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub

İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub


27-06-2017, 13:05. Yerləşdirdi: sefa İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Varşavada rəsmi qarşılanma mərasimi olub.

Xalqinfo.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Polşa Prezidentinin sarayına gəlib.

Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı meydanda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Polşanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Andjey Dudaya təqdim olunub.

Azərbaycanın və Polşanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Prezident İlham Əliyev Polşa əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər.

Prezidentlər birgə foto çəkdiriblər.

Azərbaycan Prezidenti İlham Əliyev Polşada akkreditə olunan diplomatik korpusun təmsilçiləri və Varşava Şəhər Şurasının üzvləri ilə görüşüb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub
İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub
İlham Əliyevin Varşavada rəsmi qarşılanma mərasimi olub
Geri qayıt