DataLife Engine > Siyasət > Naxçıvanda komitə sədri vəzifəsindən azad edilib

Naxçıvanda komitə sədri vəzifəsindən azad edilib


2-06-2017, 10:12. Yerləşdirdi: Leyla Naxçıvanda komitə sədri vəzifəsindən azad edilib
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.

Xalqinfo.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ötən gün müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Kamal Cəfərov Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin iyunun 1-də imzaladığı sərəncamla Kamal Cəfərov Naxçıvan Muxtar Respublikasının Şərur Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Leyla Həsənova
Geri qayıt