DataLife Engine > Siyasət > Azərbaycan Milli Məclisinin payız sessiyasında ilk iclası sentyabrın 30-da keçiriləcək

Azərbaycan Milli Məclisinin payız sessiyasında ilk iclası sentyabrın 30-da keçiriləcək


22-09-2014, 14:55. Yerləşdirdi: Tural Milli Məclisdən apa-ya verilən məlumata görə, sentyabrın 30-da keçiriləcək iclasın gündəliyinə 37 məsələ daxildir.

Gündəliyə parlamentin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, Cinayət Prosessual, Ailə və İnzibati Xətalar məcəllələrinə müxtəlif dəyişikliklər, “Yol hərəkəti haqqında”, “Poçt haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”, Hərbi qulluqçuların statusu haqqında”, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və daha bir neçə qanuna əlavə və dəyişikliklər daxildir.
Azərbaycan Milli Məclisinin payız sessiyasında ilk iclası sentyabrın  30-da keçiriləcək
Geri qayıt