DataLife Engine > Siyasət > ABŞ Suriyaya girir

ABŞ Suriyaya girir


19-09-2014, 22:42. Yerləşdirdi: Tural ABŞ Suriyaya girir
Suriyada İŞİD terrorçu qruplaşmasına qarşı hücuma keçməyə hazırıq.

Xalqinfo.az-in məlumatına görə, bu barədə Ağ Evin açıqlamasında bildirilir.

İŞİD-in Suriyada kürtlərə qarşı qəfil hücumlarından sonra Ağ Ev ABŞ-ın Suriyada hərbi əməliyyatlar keçirməyə hazır olduğunu bəyan edib.

“Suriyada İŞİD terroçularına qarşı hərbi əməliyyatlar keçirməyə tamamilə hazırıq. Hərbi əməliyytaların necə və nə vaxt olacağına özümüz qərar verəcəyik”, deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd bir neçə gün əvvəl bəyan etmişdi ki, ABŞ Suriyada hərbi əməliyyatlara başlayarsa, bunu rəsmi Dəməşqə qarşı hücum kimi dəyərləndirəcəyik.ans press

Geri qayıt