DataLife Engine > Siyasət > ABŞ-dan İŞİD açıqlaması

ABŞ-dan İŞİD açıqlaması


18-09-2014, 22:24. Yerləşdirdi: Tural ABŞ-dan İŞİD açıqlaması
ABŞ Dövlət katibi Con Kerri İŞİD terrorçu qruplaşmasına qarşı mübarizədə amerika əsgərlərinin hərbi əməliyyatlara cəlb edilməyəcəyini deyib.

Xalqinfo.az-in məlumatına görə, Con Kerri Senatın xarici məsələlər üzrə Komitəsində ABŞ-ın İŞİD terrorçu qrupuna qarşı strategiyası ilə bağlı qanunvericilərin suallarını cavablandırıb.

O, bildirib ki, hazırkı vəziyyət 1991 və 2003-cü illərdə ABŞ hərbi qüvvələrinin döyüşmək üçün Küveytə və İraqa göndərildiyi vaxtla eyni deyil.

Onun sözlərinə görə, ABŞ hərbi personalının əsas missiyasi İraq qüvvələrinə təlim və dəstək verərək onların görməli olduğu işləri edə bilməsini mümkün etməkdən ibarətdir.

Dövlət katibi həmçinin Konqresin Suriyada müxalifət qüvvələrinin silahlandırılması və onlara təlim verilməsi üçün maliyyə vəsaiti ayırmasının əhəmiyyətini vurğulayıb.

İŞİD terrorçu qruplaşması ilə müzakirə olunası heç bir şeyin olmadığını deyən Con Kerri terrorçuları dini təhqir edən daş dövrünün qatilləri adlandırıb.ans press
Geri qayıt