DataLife Engine > Siyasət > Yeni təyinatdan sonra ilk görüş

Yeni təyinatdan sonra ilk görüş


6-03-2017, 18:08. Yerləşdirdi: sefa Yeni təyinatdan sonra ilk görüş
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə martın 10-da saat 14:00-da İmişlidə vətəndaşlarla görüşəcək.

Xalqinfo”nun məlumatına görə, R.Quluzadə İmişli, Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, Laçın və Xocavənd rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Vətəndaşlardan “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar.

Xatırladaq ki, Ramin Quluzadə fevralın 13-ü yeni yaradımış Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirliyinə nazir təyin edilib. Bu, onun təyinatdan sonra vətəndaşlarla ilk görüşüdür.
Geri qayıt