DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > "Hamı bu vəzifədə Mehriban xanımı görürdü" - Novruz Məmmədov

"Hamı bu vəzifədə Mehriban xanımı görürdü" - Novruz Məmmədov


21-02-2017, 15:27. Yerləşdirdi: sefa "Hamı bu vəzifədə Mehriban xanımı görürdü" - Novruz Məmmədov
”Ötən il keçirilən referendumun nəticələrinə görə təsis edilən Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsində, heç şübhəsiz, hamı Mehriban xanım Əliyevanı görürdü”.

Xalqinfo.az-ın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Facebook” səhifəsində yazıb.

“Əminəm ki, Mehriban xanım bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaq”.

Qeyd edək ki, bu gün prezident İlham Əliyevin imzaladığı sərəncamla ölkəmizin birinci xanımını, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.


Leyla Həsənova

Geri qayıt