DataLife Engine > Siyasət > Çingiz Qurbanovun atası İlham Əliyevə

Çingiz Qurbanovun atası İlham Əliyevə


8-02-2017, 12:21. Yerləşdirdi: sefa Çingiz Qurbanovun atası İlham Əliyevə
Xəbər veridyimiz kimi, şəhid Çingiz Qurbanova Azərbaycan Respublikası prezidenti İlham Əliyev tərəfindən "Milli Qəhrəman" adı verilib.

"Xalqinfo"nun məlumatına görə, Çingizin atası Salman Qurbanov Publika.az-a açıqlamasında oğluna “Milli Qəhrəman” adını verməsinə görə dövlət başçısı İlham Əliyevə minnətdar olduğunu söyləyib: “Ailəmiz adından Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. Allah prezidentimizin canını sağ eləsin. Cənab prezident hər zaman şəhidlərimizin, vətəndaşlarımızı arxasındadır. Bir şəhid atası kimi dövlət başçısına minnətdarlığımı bildirirəm.

Çingizin ölkəyə gətirilməsi, dəfni zamanı dövlətin, ölkə rəhbərliyinin necə diqqət göstərməsini hər kəs gördü. Allah Azərbaycan xalqını qorusun”.

Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Erməni Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olub. Onun nəşi nəşi fevralın 5-də geri qaytarılıb.
Geri qayıt