DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > Dəyanətin öldürülməsi ilə bağlı iddialara - Rəsmi cavab

Dəyanətin öldürülməsi ilə bağlı iddialara - Rəsmi cavab


26-01-2017, 18:32. Yerləşdirdi: sefa Dəyanətin öldürülməsi ilə bağlı iddialara - Rəsmi cavab

Baş Prokurorluq psixoloq Dəyanət Rzayevin qəsdən öldürülməsi iddialarına münasibət bildirib.

"Xalqinfo" xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 25-də paytaxtın Yasamal rayonu ərazisində Dəyanət Rzayevin yaşadığı mənzildə asılmış vəziyyətdə meyitinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinin və meyitin müayinəsi aparılıb:

“Meyitin xarici müayinəsi zamanı boynundakı stranqulyasiya şırımından başqa bədəni üzərində zorakılıqla yetirilməyə xarakterik hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməyib. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. D.Rzayevin ölümünün səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.


BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru
Geri qayıt