DataLife Engine > Siyasət, Dünya, BLOK XƏBƏR, MANŞET > Rəcəb Tayyib Ərdoğan: "Onlara dost deməyə dilim gəlmir"

Rəcəb Tayyib Ərdoğan: "Onlara dost deməyə dilim gəlmir"


9-01-2017, 21:15. Yerləşdirdi: sefa Rəcəb Tayyib Ərdoğan: "Onlara dost deməyə dilim gəlmir"

"Onlara dost deməyə dilim gəlmir".

Xalqinfo.az report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin xarici dövlətlərdəki səfirlərinin 9-cu toplantısında deyib.

Rəsmi Ankaranın Qərbdəki müttəfiqlərini sərt formada tənqid edən prezident qeyd edib ki, Türkiyədə adı "qara siyahı"da olan FETÖ-çü (Fətullahçı Terror Təşklilat - "Report") şəxsi ABŞ-da rektor təyin ediblər: "Bu necə olur? Avropa dəyərlərinin bu dərəcədə ayaqlar altına atılmasının səbəblərini anlamırıq. Suriyalı qaçqınlardan sığınacaq əsirgəndiyi halda, FETÖ və PKK qruplaşmasnın terrorçularına bu haqq qızıl məcməyidə verilir. Onlar dövlət çevrilişi edənlərə və terrorçulara sahib çıxırlar. Əlbəttə, belə bir mənzərə qarşısında onlara dost deməyə dilim gəlmir. Ən azından müttəfiq dediyimiz dövlətlərə bu yaraşmır".

Qeyd edək ki, yanvarın 8-dən Ankarada Türkiyənin xarici ölkələrdəki səfirlərinin 9-cu konfransı keçirilir. "2023-ə doğru: Milli dəyərlər və qlobal hədəflər" adlı tədbirdə terrora qarşı mübarizə məsələsi də müzakirə edilir.

Konfransda Avropa İttifaqına hazırda sədrlik edən Maltanın xarici işlər naziri Corc Vella, Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze, Tunisin xarici işlər naziri Xemais Jinau, Finlandiyanın xarici işlər naziri Timo Soyni, Beynəlxaq Miqrasiya Təşkilatının baş direktoru Leys Svinq də iştirak edirlər.

Toplantı yanvarın 14-də başa çatacaq.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt