DataLife Engine > Siyasət, Dünya, BLOK XƏBƏR, MANŞET > Trampın prezident vəzifəsində görəcəyi ilk iş açıqlandı

Trampın prezident vəzifəsində görəcəyi ilk iş açıqlandı


4-01-2017, 22:41. Yerləşdirdi: sefa Trampın prezident vəzifəsində görəcəyi ilk iş açıqlandı

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Ağ Evdə atacağı ilk addım “Obamacare” kimi tanınan icbari tibbi sığortanın ləğvi olacaq.

Xalqinfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni seçilən vitse-prezidenti Mayk Pens bəyan edib.

Onun sözlərinə görə, ölkədə daha təkmilləşdirilmiş səhiyyə sisteminə ehtiyac var. 2010-ci ildə Obama administrasiyası tərəfindən həyata keçirilmiş səhiyyə islahatı aztəminatlı vətəndaşlara subsidiyaların ayrılmasını nəzərdə tutur. Eyni zamanda, hazırda ABŞ vətəndaşları dünyada ən bahalı olan icbarı səhiyyə sığortasını əldə edir.

Xatırladaq ki, ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın inauqurasiyası yanvarın 20-də keçiriləcək.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt