DataLife Engine > Siyasət > Milyarder Trampın məsləhətçisi olmağa razılıq verdi

Milyarder Trampın məsləhətçisi olmağa razılıq verdi


22-12-2016, 09:29. Yerləşdirdi: sefa Milyarder Trampın məsləhətçisi olmağa razılıq verdi

Amerikalı milyarder Karl Aykan yeni seçilən prezident Donald Trampın komandasına qatılmağa razılıq verib.

Xalqİnfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Trampın komanda mərkəzi məlumat yayıb.

“Yeni seçilmiş prezident Karl Aykanın onun tənzimləyici islahatlar ilə bağlı məsələlər üzrə xüsusi müşaviri olmağa razılıq verdiyini açıqlayıb”,- deyə məlumatda bildirilib.

Trampın sözlərinə görə, Aykan yaxşı danışıqlar aparmaqla yanaşı, maliyyə və iqtisadiyyat sahəsində proqnoz verməyi bacarır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt