DataLife Engine > Siyasət, SÖHBƏT, BLOK XƏBƏR, MANŞET > "Reket" jurnalistlərlə bağlı Tural Məmmədovdan - Açıqlama

"Reket" jurnalistlərlə bağlı Tural Məmmədovdan - Açıqlama


7-12-2016, 17:33. Yerləşdirdi: sefa "Reket" jurnalistlərlə bağlı Tural Məmmədovdan - Açıqlama

Azərbaycan Respublikasının tanınmış ictimai-siyasi gənci, Xalqİnfo.az Xəbər Portalının Baş direktoru Tural Məmmədov "reket" jurnalistlərlə bağlı açıqlama verdi.

Son vaxtlar bir neçə gün bundan əvvəl DTX-nin "reket" jurnalistlərə qarşı apardığı mübarizə təqdirə layiq bir məsələdir. Biz də Xalqİnfo.az Xəbər Portalı olaraq bu məsələlərin daha da ciddiləşməsinin tərəfdarıyıq. Hesab edirəm ki, jurnalistika adına, ümumi olaraq mətbuat adına ləkə gətirən belə insanlar cəzalandırılmalıdır və digər bu yolda olanlar, bu fikrə düşmək istəyənlər isə islah olunub, tərbiyə olunmalıdır ki, bu yola düşməsinlər. Belə insanlar Azərbaycan mətbuatına, Azərbaycan jurnalistikasına böyük bir ləkədir.

Hesab edirəm ki, biz mətbuat orqanları olaraq birlikdə həm Dövlət Təhlükəsizlik Xidmətinə həm də Mətbuat Şurasına, ümumilikdə dövlətimizin, hökumətimizin xidmətinə bu "reket" jurnalistikaya qarşı aparılan mübarizədə dərindən, düzgün şəkildə öz dəstəyimizi göstərməliyik.

Hesab edirəm ki, Mətbuat Şurası hörmətli Əflatun Amaşov başda olmaqla bu məsələni və Mətbuat Şurasının qara siyahısında olan jurnalist və dırnaqarası saytlar, qəzetlər haqqında elə özü bir başa DTX-nə və digər hüquq mühafizə orqanlarına məlumat göndərməlidir. Son zamanlar gürünür ki, Mətbuat Şurasının qara siyahısında olanlar yenə öz əməllərindən çəkinmirlər. Məsələn: Hər hansı bir saytı Mətbuat Şurası qara siyahıya salırsa, eyni bir insan başqa bir adla sayt açır və yaxud da qəzet qeydiyyatdan keçir və bu çirkin niyyətinə nail olmuş olur. Ona görə də biz gənclər, dövlətə xidmət edən mətbuat orqanları bir başa jurnalistika və saf xalqı informasiya ilə qərərsiz təmin edən mətbuat orqanları bu işdə öz sözünü deməlidir. Belə çirkin mənəviyyata sığmayan, Azərbaycan mətbuat ənənələrinə zərər gətirən mətbuat orqanları sıradan çıxmalıdır və Azərbaycan mətbuatı saflaşmalıdır. Son bir neçə gündə o dırnaqarası jurnalistika ilə məşğul olan "Bizim dövr" və "Gündəlik Bakı" qəzetlərinin həm də eyni adla saytların rəhbərlərinin həbsi haqqında həbs qəti imkan tədbirlərinin seçilməsini təqdirə layiqdir.

Hətta hesab edirəm ki, hüquq mühafizə orqanları belə mətbuat orqanlarının rəhbərlərinin gündəlik məişət və insanlarla olan münasibətini daha da diqqət altında saxlamalıdırlar. Məsələn: Heç bir ali təhsili olmayan, ümumiyyətlə elmdən, mətbuatdan xəbəri olmayan bir insanlar dırnaqarası qazanc yolu və dırnaqarası mətbuatla, jurnalistika ilə məşğul olmaları, qanı ilə, canı ilə və öz intelektual savadı ilə bu adı qazanan insanların müəyyən dərəcədə kölgə altına salır və demək olar ki, ada ləkə gətirir. Götürək "Qafqazinfo"nu və yaxud da "APA"nı, "Xalqİnfo"nu və digər saytların da xidmətinə nəzər salaq. Bunlar dövlətə, millətə xidmət edən agentliklərdir. Eyni zamanda götürək "Bizim dövr"ü, o da eyni adı daşıyır. Axı bu düzgün deyil, belə "reket" belə cinayətkar insanlar və belə saytların da adı sayt olsun, eyni statusu daşısın və dövlətə xidmət edən adını çəkdiyim saytlarda. Ona görə də düşünürəm ki, qısa müddətdə bu məsələ daha da genişlənəcək və hələ bu qara siyahıların, bu həbslərin ardı olacaqdır və çox ciddi şəkildə tədbirlər görüləcəkdir. Əminəm ki, bu Azərbaycan mətbuatının inkişafına xidmət edəcək. Bilirəm ki, bəzi dırnaqarası qüvvələr, düşmən qüvvələr buna mətbuat azadlığı kimi, mətbuatın guya ki sıxılması kimi bunları bəhanə edirlər. Lakin şəxsən həbs olunanların cinayətləri haqqında şəxsi mənim ən yaxın dostlarım da bunlara məruz qalıb. Adını çəkmək istəmirəm və lazım gələrsə mən onları qeyd edə bilərəm ki, külli miqdarda pul tələb edirlər, həmin şəxslər haqqında aidiyatı olmayan şər böhtan yazırlar və öz saytlarından çıxarılması üçün pul tələb edirlər, verilməyəndə isə onlar haqqında daha bir çirkin şərin yazılacağını bəyan edirlər. Qısacası hər birimiz, hər bir jurnalist, bir ictimai-siyasi insan və ümumilikdə Azərbaycan xalqı belə insanların qarşısını almalıdır. Bu işdə dövlətimizə, hüquq mühafizə orqanlarına kömək etməliyik və bu bir başa bizim borcumuzdur.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt