DataLife Engine > Siyasət, Din, BLOK XƏBƏR, MANŞET > “Din hoqqabazlıq göstərmək üçün deyil”

“Din hoqqabazlıq göstərmək üçün deyil”


28-10-2016, 13:10. Yerləşdirdi: sefa “Din hoqqabazlıq göstərmək üçün deyil”
BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



"Xaricdən sifariş almaq təhlükəlidir. Bu gün ölkədə bununla bağlı real təhlükə var".

Xalqİnfo” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentin bugünkü iclasında deyib.

Onun sözlərinə görə, kimsə Səudiyyə Ərəbistanından, kimsə Türkiyədən, kimsə İrandan təlimat alır: “ Burada sifariş almaq məsələsini ortaya çıxarmaq lazımdır. Xaricdən dini əqidə formasında idarə olunan qurumların da idarə olunması qadağan olunmalıdır. Bu gün xeyli sayda idarə olunan KİV orqanları da var. Burada media mənsublarının məsuliyyəti məsələsi də nəzərə alınmalıdır. Jurnalistlərin fəaliyyətinə də sanksiyalar tətbiq olunmalıdır. Din insanın içində olmalıdır, hoqqabazlıq göstərmək üçün deyil”.(qafqazinfo)


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru
Geri qayıt