DataLife Engine > Siyasət > İŞİD-çi azərbaycanlılara vəkil bəraət istədi -

İŞİD-çi azərbaycanlılara vəkil bəraət istədi -


24-10-2016, 14:00. Yerləşdirdi: sefa İŞİD-çi azərbaycanlılara vəkil bəraət istədi -
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada İŞİD-in tərkibində vuruşmaqda təqsirləndirilən Elbrus Əzizov, Namiq Quliyev, Rasim Bədəlov, İlahi Əzizov, Babək Şirinov, Elman Mirzəbəyov və Əfqan Şamxalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xalqİnfo.az bildirir ki, "Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı cəza istəyib.

Məhkəmə istintaqının başa çatdığı bildirilib.

Dövlət ittihamçısı çıxış edərək Elbrus Əzizov, İlahi Əzizov və Babək Şirinova 15 il, Rasim Bədəlova və Namiq Bədəlova 13 il, Elman Mirzəbəyova 8 il, Əfqan Şamxalova isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı edib, müdafiə etdikləri şəxslərin barəsində bəraət hökmü verilməsini istəyiblər.

Növbəti iclasda təqsirləndirilən şəxslərə hökm veriləcəyi gözlənilir.

Məhkəmə prosesi oktyabrın 31-də davam edəcək.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

Geri qayıt