DataLife Engine > Siyasət, SÖHBƏT, BLOK XƏBƏR > Necə olur ki, dünən nikah bağlayan bu gün barışmaz bir düşmənə çevrilir? - Gövhər Baxşalıyeva

Necə olur ki, dünən nikah bağlayan bu gün barışmaz bir düşmənə çevrilir? - Gövhər Baxşalıyeva


30-09-2016, 14:34. Yerləşdirdi: sefa Necə olur ki, dünən nikah bağlayan bu gün barışmaz bir düşmənə çevrilir? - Gövhər Baxşalıyeva
Millət vəkili Gövhər Baxşalıyeva ailədaxili münaqişlərin artması ilə bağlı öz fikirlərini bildirib.

Xalqİnfo” xəbər verir ki, parlamentin bügünkü iclasında çıxış edən millət vəkili qeyd edib ki, son zamanlar ailədaxili münaqişələr dəhşətli cinayətlərlə nəticələnir: “Bu yaxınlarda biz Milli Məclisin keçmiş işçisi olan bir xanım haqqında bu barədə məlumatlar oxuduq. Daha sonra bir qadının uşaqlarının atasını sifarişlə qətlə yetirməsi ilə bağlı məhkəmə prosesini izlədik. Bunlar dəhşətli faktlardır. Belə hallar bütün ölkələrdə baş verir. Necə olur ki, dünən nikah bağlayan bu gün barışmaz bir düşmənə çevrilir? Hətta o dərəcədə düşmən olublar ki, belə cinayətlərə əl atırlar. Ona görə də hesab edirəm ki, orta məktəblərdən ailə ilə bağlı etik məsələləri salmalıyıq. Gənc yaşlarından məktəblilərə ailədaxili sivil münasibətləri aşılamaq lazımdır. Bəlkə, bununla bağlı proqramlara dərs salmaq da yaxşı olardı”.
Geri qayıt