DataLife Engine > Siyasət, BLOK XƏBƏR > Tiflis Bakıya nota verdi

Tiflis Bakıya nota verdi


20-06-2014, 22:58. Yerləşdirdi: Tural Tiflis Bakıya nota verdi
Bakı hava limanında baş vermiş qalmaqalla bağlı Gürcüstan xarici işlər nazirilyi Azərbaycana nota verib.

ans press-in məlumatına görə, bu barədə Gürcüstan xarici işlər naziri Mayya Pancikidze bildirib. Onun sözlərinə görə, Azərbaycanın Tiflisdəki səfiri bunun üçün Gürcüstan XİN-ə çağırılıb.

“Söhbət deputatlardan gedir. Gürcüstanın Bakıdakı səfirliyi və Xarici İşlər Nazirliyinin (XİN) konsulluq departamenti məsələni öyrənməlidir. Bununla bağlı, konsul və vitse-konsul Azərbaycana gedib ki, yayılan söhbətlərin əsasını öyrənsinlər", - deyə Panjikidze vurğulayıb.

Qeyd edək ki, Gürcüstan deputatları İrma Nadiraşvili və Zurab Caparidzenin üstündə gömrük bəyannaməsinə salınmamış böyük məbləğdə pul olub. Ona görə də onları Bakı aeroportunda saxlamışdılar. Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze pulun təxminən 1 milyon dollar olduğunu demişdi.
Geri qayıt