DataLife Engine > Siyasət, MANŞET > Ruhani Bakıya gəldi - Fotolar+Yenilənib

Ruhani Bakıya gəldi - Fotolar+Yenilənib


8-08-2016, 10:20. Yerləşdirdi: Tural Ruhani Bakıya gəldi - Fotolar+Yenilənib

İran prezidenti Həsən Ruhani avqustun 7-də Azərbaycana rəsmi səfərə gəlib.

Xalqinfo.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda onun şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Həsən Ruhanini hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

***

İran prezidenti Həsən Ruhaninin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda İran prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhanini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi İran prezidentinə raport verib. İran və Azərbaycanın dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Həsən Ruhani fəxri qarovul dəstəsinin qarşısından keçiblər. İran prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri Həsən Ruhaniyə, İran nümayəndə heyətinin üzvləri İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib. Azərbaycan və İran prezidentləri rəsmi foto çəkdiriblər.

***

Qarşılanma mərasimindən sonra İlham Əliyevin və Həsən Ruhaninin təkbətək görüşü olub.(qafqazinfo.az)

Ruhani Bakıya gəldi - Fotolar+Yenilənib
Ruhani Bakıya gəldi - Fotolar+Yenilənib
Ruhani Bakıya gəldi - Fotolar+Yenilənib
Geri qayıt