DataLife Engine > Siyasət, MANŞET > Novruz Məmmədov:"Dünya gördü ki,..."

Novruz Məmmədov:"Dünya gördü ki,..."


4-07-2016, 10:17. Yerləşdirdi: Tural Novruz Məmmədov:"Dünya gördü ki,..."“Dünya gördü ki, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil”.

Xalqinfo.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov ANS-ə müsahibəsində deyib.

N.Məmmədov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında son dövrlərdə qeydə alınan canlanmanın bir neçə səbəbi var: “Çoxları belə bir fikir formalaşdırmaq istəyirlər ki, guya Dağlıq Qarabağ dondurulmuş münaqişədir. Lakin son hadisələr zamanı ermənilərin törətdikləri təxribatlarla bağlı dünya gördü ki, bu münaqişə heç də dondurulmuş deyil və birdən-birə alışıb yana bilər”.

Onun sözlərinə görə, bundan əlavə, Azərbaycan Prezidentinin müxtəlif ölkələrə - Avropa İttifaqı, ABŞ, Rusiya, Türkiyə, İran kimi mühüm ölkələrə münasibətdə apardığı siyasət, həmin ölkələrə səfərləri, aparılan daşınıqlar və bu səfərlər zamanı əldə olunan nəticələr ümumi bir mövqeyə - artıq, demək olar, 25 ildir davam edən münaqişənin həlli vaxtının gəlib çatdığı mövqeyinə gətirib çıxartdı: “Buna görə də bu münaqişənin həllinə bu gün çox böyük diqqət var. Aprel hadisələrindən sonra ABŞ-ın təşəbbüsü ilə Vyana görüşü keçirildi, eyni zamanda müxtəlif görüşlərdə həm Rusiya, həm də Fransa tərəfi münaqişənin nizamlanması ilə bağlı danışıqlara başlamağın, yeni bir mərhələyə qədəm qoymağın vacib olduğunu qeyd etdilər. İndi həm ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin, həm də həmsədrlərin özlərinin mövqeyinə baxanda görmək olur ki, irəliyə bir addım atmaq niyyəti var”.

PA rəsmisi bildirib ki, hazırda Almaniya bu məsələdə bir iş görməyə, addım atmağa çalışır. ATƏT-in sədri kimi imkanları nəzərə alaraq, Almaniya münaqişənin həlli ilə bağlı maraqlanır, mesajlarını göndərir, problemin həllinə kömək etmək istəyir: “Bundan əlavə, Azərbaycan Prezidentinin bir qədər əvvəl Almaniyaya səfəri zamanı bu məsələ Almaniya Kansleri ilə, nümayəndə heyətləri ilə çox geniş şəkildə müzakirə olundu. Azərbaycan Prezidenti orada mövqeyini açıqladı, münaqişənin ədalətli həlli yolunu açıb göstərdi, izah etdi, əsaslandırdı. Düşünürəm, bunun nəticəsi olaraq Almaniyanın xarici işlər naziri bu regiona səfər etdi”.





Kainat Şirin



Xalqinfo.az
Geri qayıt