DataLife Engine > Siyasət, MANŞET > Prezidentdən “Fitosanitar nəzarəti haqqında” SƏRƏNCAM

Prezidentdən “Fitosanitar nəzarəti haqqında” SƏRƏNCAM


24-06-2016, 19:28. Yerləşdirdi: Tural Prezidentdən “Fitosanitar nəzarəti haqqında” SƏRƏNCAM“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 290-VQD nömrəli Qanununun tətbiqi və “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb.



Xalqinfo.az prezidentin rəsmi sayıtına istinadən fərmanı təqdim edir;
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 290-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 441 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 8, maddə 667; 2007, № 6, maddə 613; 2010, № 3, maddə 186, № 5, maddə 402; 2014, № 11, maddə 1393; 2015, № 2, maddə 133) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.9-cu bənddən “həmin Qanunun 11.1.2-ci maddəsində nəzərdə tutulmuş” sözləri çıxarılsın;

2.2. 1.10-cu və 2.2-ci bəndlərdə “11.4-cü” sözləri “8.5-ci” sözləri ilə əvəz edilsin;

2.3. 2.2-ci bənddə “28.1.2-ci,” sözlərindən sonra “28.1.3-cü,” sözləri əlavə edilsin;

2.4. 2.5-ci bənd ləğv edilsin;

2.5. 2.6-cı bənddən “9.0-cı, 10.0-cı,” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyun 2016-cı il.





Kainat Şirin


Xalqinfo.az
Geri qayıt