DataLife Engine > Siyasət, BLOK XƏBƏR > “Bu, ən böyük təhlükədir” –

“Bu, ən böyük təhlükədir” –


3-06-2014, 09:25. Yerləşdirdi: Tural “Bu, ən böyük təhlükədir” –
“Ermənistan öz ordusunun geri çəkilməsi prosesinə başlamalıdır”.


“Xalqinfo” xəbər verir ki, bunu İsveçrə prezidenti Didye Burkhalterlə birgə mətbuata bəyanatla çıxış edən prezident İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, danışıqlar zamanı regional təhlükəsizlik məsələləri də müzakirə olunub: “Əsas diqqəti regional təhlükəsizlik üçün ən vacib olan məsələyə - Dağlıq Qarabağ münaqişəsinə yönəltdik. Mən danışıqların hazırkı vəziyyəti, perspektivləri və münaqişənin tarixi barədə cənab prezidentə məlumat verdim. Dağlıq Qarabağ Azərbaycanın tarixi və ayrılmaz ərazisidir. Dağlıq Qarabağ beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır və Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq qalacaq. Tarixi nöqteyi-nəzərdən Dağlıq Qarabağ həmişə Azərbaycanın ərazisi olub, hüquqi nöqteyi-nəzərdən bu, bizim ərazimizdir və BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. İyirmi ildən artıqdır ki, işğal davam edir. Təkcə Dağlıq Qarabağ yox, Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayonumuz Ermənistanın işğalı altındadır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizi işğal edilib və xalqımız Ermənistanın yürütdüyü etnik təmizləmə siyasətinin qurbanı olub. Bu sıraya 600-dən çox adamın, o cümlədən 100-dən artıq qadın, 60-dan çox uşağın ölümü ilə nəticələnən Xocalı soyqırımı da daxildir. Bu, Ermənistan dövləti tərəfindən törədilmiş hərbi cinayətdir.

Münaqişənin həll olunması ilə bağlı ATƏT qərar və qətnamələr qəbul edib. İki dəfə ATƏT işğal olunmuş ərazilərə faktaraşdırma və qiymətləndirmə missiyaları göndərib. Hesabatda hər şey açıq-aydın göstərilib, hər bir şey məhv edilib, bizim tarixi binalarımız, məscidlərimiz, abidələrimiz, əcdadlarımızın məzarları, hər şey dağıdılıb. Ona görə də münaqişənin həllinə mümkün qədər tez nail olmaq lazımdır. Çünki bu, regional təhlükəsizlik üçün ən böyük təhlükədir. Bunu etmək üçün beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizik Şurasının qətnamələrinə, ATƏT və digər beynəlxalq təşkilatların qərarlarına əməl olunmalıdır. Əfsus ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və danışıqlar prosesinin süni yolla uzadılması siyasətini davam etdirir. Çünki onlar münaqişənin həllini, sülhü istəmirlər və vəziyyətin olduğu kimi qalmasını istəyirlər.

ATƏT-in Minsk qrupuna sədrlik edən ölkələrin prezidentlərinin dəfələrlə status-kvonun qəbuledilməz olduğunu bəyan etməsinə baxmayaraq onlar status-kvonun saxlanılmasını istəyirlər. Status-kvonu dəyişmək üçün Ermənistan öz ordusunun geri çəkilməsi prosesinə başlamalıdır. Ümid edirəm, beynəlxalq ictimaiyyət, ATƏT bu məsələdə daha fəal olacaq ki, beynəlxalq hüquq normaları və tarixi ədalət bərpa olunsun və Azərbaycan işğal altındakı ərazilər azad edildikdən sonra yenidənqurma işlərinə başlaya bilsin”.
qafqazinfo

Geri qayıt