DataLife Engine > Siyasət, MANŞET > İlham Əliyevdən sərəncam:Rusiyadakı konsulları geri çağırdı

İlham Əliyevdən sərəncam:Rusiyadakı konsulları geri çağırdı


28-04-2016, 21:33. Yerləşdirdi: Kainat İlham Əliyevdən sərəncam:Rusiyadakı konsulları geri çağırdıXalqinfo.az Publika.az-a istinadən bildirir ki , Azərbaycan Respublikası Prezidenti İlham Əliyev E.İ.Qulamovun Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elşad İlyas oğlu Qulamov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev S.M.Qasımovun Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sultan Məhəmməd oğlu Qasımov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın.



Kainat Şirin


Xalqinfo.az
Geri qayıt