DataLife Engine > Siyasət, BLOK XƏBƏR, MANŞET > Azərbaycan xalqı türk xalqının yanındadır- İlham Əliyev

Azərbaycan xalqı türk xalqının yanındadır- İlham Əliyev


18-02-2016, 15:58. Yerləşdirdi: Tural Azərbaycan xalqı türk xalqının yanındadır- İlham Əliyev

Prezident Çavuşoğlunu qəbul etdi.

Bu ağır günlərdə Azərbaycan xalqı hər zaman olduğu kimi türk xalqının yanındadır.

Xalqinfo.az bildirir ki,Oxu.Az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ilə görüşdə bildirib.

Hadisədən dərhal sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın onunla əlaqə saxladığını və Bakıya gələ bilməyəcəyini dediyini xatırladan prezident Əliyev bunu anlayışla qarşıladığını, Ərdoğana başsağlığı verdiyini bildirib.

Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının iki qardaş ölkənin birliyini göstərdiyini qeyd edən İlham Əliyev mühüm mövzulara toxunacaq bu toplantının yaxın vaxtlarda keçiriləcəyini bildirib.

Başsağlığı üçün təşəkkür edən Çavuşoğlu prezident Əliyevin və Azərbaycan xalqının hər zaman olduğu kimi bu çətin gündə də türk xalqının yanında olduğunu vurğulayıb.

Terrorun hər bir növü ilə hər zaman mübarizə aparılmasının vacibliyini vurğulayan Çavuşoğlu terrorla mübarizənin bundan sonra da əvvəlki qətiyyətlə davam etdirəcəklərini bəyan edib.
Geri qayıt