Ərdoğan Rusiya səfərindən imtina edə bilər
25-11-2015, 01:45. Yerləşdirdi: Tural
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya planlaşdırılan səfəri ləğv edilə bilər.
Bu barədə Trend-ə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.
Qeyd olunub ki, hazırda bu məsələ müzakirə mərhələsindədir.
Administrasiyadan deyiblər ki, Türkiyə prezidentinin Rusiyaya səfəri dekabrın 15-nə planlaşdırılıb.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov artıq Türkiyəyə noyabrın 25-nə planlaşdırılan səfərindən imtina edib.
Xatırladaq ki, bu gün Türkiyə Hərbi Hava Qüvvələri öz hava məkanında Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurub. Hər iki pilot katapult edə bilib, təyyarə isə Suriya ərazisinə düşüb.
Geri qayıt