DataLife Engine > Siyasət, Dünya, BLOK XƏBƏR, MANŞET > Səsvermə Yunanıstanın "əlacı olmayacaq" - FOTOLAR

Səsvermə Yunanıstanın "əlacı olmayacaq" - FOTOLAR


3-07-2015, 07:47. Yerləşdirdi: Kainat Səsvermə Yunanıstanın "əlacı olmayacaq" - FOTOLARYunanıstanda bazar günü keçiriləcək referendumda seçicilər "Yox" deyərsə, bu ölkənin iqtisadi böhrandan çıxmasına kömək etməyəcək. Xalqinfo.az bildirir ki, ANS PRESS-in məlumatına görə, bu haqda avrozona maliyyə nazirləri qrupunun rəhbəri bildirib. Jeroen Dijsselbloem şərhlərindən əvvəl Yunanıstan Baş Naziri Aleksis Tsipras yunanları Avropanın təkliflərinə "Yox" deməyə və bununla da daha yaxşı razılaşmaya yol açmağa çağırıb. Ancaq Dijsselbloem bildirib ki, bu çağırış "sadəcə yanlışdır".



Artıq ikinci gündür ki, Yunanıstan bankları qarşısında böyük növbələr var. Ölkədə vəziyyət acınacaqlı hal alıb.Günü gündən gərginlik artır.



Yunanıstan draxma çap elədiyi vaxtlara qayıda bilməz cünki ölkədə bunun üçün lazım olan çap dəzgahları yoxdu, maliyyə naziri Yanis Varoufakis deyib. Onun dediyinə görə, Yunanıstanın Avrozonaya daxil olduğu 2000-ci ildə ölkə hakimiyyəti draxma çap eləyən dəzgahlardan azad olmağa tələsib çünki əmin idilər ki, ölkədə bundan sonra ancaq Avropa valyutası dövriyyədə olacaq.
“Biz bütün dəzgahlardan azad olduq, indi onlar bizdə yoxdu”, Varoufakis Avstraliya radiosu ABC-yə müsahibəsində belə deyib.
Bundan əvvəl deyilirdi ki, Yunanıstanın köhnə valyutaya qayıdışı ölkənin Avrozonadan çıxışı nəticəsində mümkün ola bilər.
Ekspertlər ehtiyat edir ki, bərpa olunmuş draxma öz dəyərini tez bir zamanda itirə bilər və bu inflyasiya təhlükəsinə gətirib çıxarar çünki idxal qiymətləri artmağa başlayacaq.

Həmçinin kontraktların maliyyə tərəfi ilə bağlı mürəkkəb vəziyyət yarana bilər ki, buda qarşılıqlı ödəmələrin başqa-başqa valyutalar ilə həyata keçirilməsinə görə baş verə bilər.



Avrozona Maliyyə nazirləri Yunanıstanda bazar günü referendum keçirilənədək bu ölkəyə yeni maliyyə yardımının ayrılmasına dair Afina ilə danışıqlar aparmaqdan imtina ediblər. Bazar günü referendumunda əhalidən Avropa kreditorlarının ötən həftə Afinaya təqdim etdikləri təkliflərə "hə" və ya "yox" cavabını vermək xahiş olunacaq.

Baş nazir Aleksis Tsipras əhalini referendumda avropalı kreditorların son şərtlərinə "yox" deməyə çağırıb. Maliyyə naziri Yanis Varoufakis kreditorları Yunanıstanı hədələməkdə etməkdə ittiham edib. Eyni zamanda o, söz verib ki, referendumdan sonra, qısa bir zaman ərzində kreditorlarla sövdələşmə əldə ediləcək, banklardan pul çıxarışlarına qoyulmuş məhdudiyyətlər zəiflədiləcək.

Avropa Mərkəzi Bankı (ECB) ötən həftəsonu Yunanıstan bankları üçün likvidlik xəttini dondurduqdan sonra, bu həftənin əvvəlindən ölkə bankları qapalı qalmaqdadır. Bankomatlardan nəğd pulun çıxarışlarına vətəndaşlar üçün gündəlik €60 məhdudiyyəti, təqaüdçülər üçün isə həftədə €120 məhdudiyyəti tətbiq edilir.

Keçirilmiş rəy sorğusu yunanların çoxunun kredit verən təşkilatlara güzəştlərin tərəfdarı olduğuna dəlalət edir. Yunanıstan sakinlərinin çox hissəsi beynəlxalq kredit verən təşkilatların ölkə qarşısında qoyduğu şərtlərin qəbul olunmasını dəstəkləyir. Bu barədə Bloomberg agentliyi GPO sosioloji sorğu təşkilatının verdiyi məlumat əsasında xəbər yayıb.

Hal-hazırda sorğuda iştirak edənlərin 47 faizi bazar günü keçiriləcək referendumda bu şərtlərə dəstək verməyə hazırdı. Eyni zamanda 43 faiz soruşulanlar deyib ki, ultimatum rədd olunmalıdı. Yerdə qalanlar hələ öz fikirlərini müəyyənləşdirməyib.
Rəy sorğusu 1000 nəfər arasında aparılıb.
Səsvermə Yunanıstanın "əlacı olmayacaq" - FOTOLAR
Səsvermə Yunanıstanın "əlacı olmayacaq" - FOTOLAR
Səsvermə Yunanıstanın "əlacı olmayacaq" - FOTOLAR
Səsvermə Yunanıstanın "əlacı olmayacaq" - FOTOLAR
Geri qayıt