DataLife Engine > Siyasət, Dünya > Ermənistanı çökdürən etirazçılar tələblərini artırdı

Ermənistanı çökdürən etirazçılar tələblərini artırdı


26-06-2015, 18:30. Yerləşdirdi: Kainat Ermənistanı çökdürən etirazçılar tələblərini artırdı Ermənistanda elektrik enerjisinin qiymətinin artmasına qarşı çıxan "Talana yox" etirazçıları yeni tələblər irəli sürüblər.

Xalqinfo.az-ın məlumatına görə, indi onların 1 deyil, 3 tələbi var.

Erməni etirazçıları Komissiyanın elektrik enerjisinin qiymətinin qaldırılması haqqında qərarını qeyri-qanuni hesab edir. Buna görə onlar elektrik enerjisi tarifinin artırılması haqqında qərara yenidən baxılmasını və onun ləğv edilməsini istəyirlər. Etirazçıların 2-ci tələbi keçən il müəyyən edilən tarifi daha da aşağı endirmək məqsədilə yenidən nəzərdən keçirilməsidir.

Narazı ermənistanlıların 3-cü tələbi isə etirazçılara qarşı qəddar davranan polislər haqqındadır. Onlar iyunun 22-də Baqramyan prospektində qanunu pozaraq nümayişçilərə qarşı güc tətbiq edən polislərin cəzalandırılmasını tələb edirlər.

Xatırladaq ki, Ermənistandakı bu etiraz dalğası iyunun 19-da İrəvanın mərkəzində başlayıb. Buna səbəb isə elektrik enerjisinin qiymətinin artırılmasına dair qərar olub. Bir neçə gündə davam edən mitinq zamanı polislər etirazçılara qarşı təzyiqli su ilə müdaxilə edib və çox sayda aksiya iştrakçısının qolunu qandallayaraq saxlayıb.
Ermənistanı çökdürən etirazçılar tələblərini artırdı
Ermənistanı çökdürən etirazçılar tələblərini artırdı
Ermənistanı çökdürən etirazçılar tələblərini artırdı
Ermənistanı çökdürən etirazçılar tələblərini artırdı
Ermənistanı çökdürən etirazçılar tələblərini artırdı
Ermənistanı çökdürən etirazçılar tələblərini artırdı










































































Mənbə
ANS PRESS
Geri qayıt