DataLife Engine > Siyasət, Dünya > İrəvanın

İrəvanın


22-06-2015, 13:08. Yerləşdirdi: Kainat İrəvanın Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) bu gün başlanan sessiyasında səsverməyə çıxarılacaq “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı məruzə həm Ermənistan, həm də Dağlıq Qarabağdakı işğal rejimi üçün həddindən təhlükəli sənəddir.

Xalqinfo.az bildirir ki,ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Artak Zakaryanın bu gün erməni mətbuatında yayılmış müsahibəsində bildirilir.

Söhbət AŞPA monitorinq komissiyasının üzvləri Pedro Aqramunt və Tadeuş İvinski tərəfindən hazırlanmış “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı məruzədən gedir. AŞPA komissiyasında baxılmış və bəyənilmiş məruzədə bildirilir ki, Ermənistan Dağlıq Qarabağı işğal edib. Sənəd 22-26 iyun günlərində keçiriləcək yay sessiyasında səsverməyə çıxarılacaq. Artak Zakaryan düşünür ki, Azərbaycan sənədi Ermənistana qarşı istifadə edə bilər. Yəni Azərbaycan bu sənəddən istifadə edərək işğal edilmiş əraziləri hərbi yolla azad edə bilər.

Erməni deputat bütün qüvvə ilə çalışıb münaqişə ilə bağlı ATƏT-in Minsk qrupunun leksikonundan kənar sənəd qəbuluna yol verməməyə çağırıb. Minsk qrupu isə tərəflərə eyni cür yanaşmaqla Ermənistanın işğalçı olması faktını gizlətməyə çalışır və Dağlıq Qarabağ münaqişəsini milli-azadlıq hərəkatı kimi təqdim etməyə çalışır.
Geri qayıt