DataLife Engine > Siyasət, Kriminal, Dünya, Din, BLOK XƏBƏR, MANŞET > Şiə məscidində terror:30 nəfər öldü

Şiə məscidində terror:30 nəfər öldü


23-05-2015, 02:16. Yerləşdirdi: Kainat Şiə məscidində terror:30 nəfər öldüSəudiyyə Ərəbistanının şərqindəki Əl-Kadih qəsəbəsində baş verən partlayış nəticəsində azı 30 nəfər həyatını itirib.

Xalqinfo.az-ın məlumatına görə, partlayış kamikadze tərəfindən məsciddə törədilib.

Partlayış zamanı 150-dən çox insan məsciddə dini ayinləri icra edirmiş. Çox sayda yaralıların olduğu bildirilir.

Hələlik partlayışın törədilməsilə bağlı heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Partlayış Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyasının Yəmənə aviazərbələr endirməsi fonunda baş verib.


Mənbə
ANS TV
Geri qayıt