DataLife Engine > Siyasət, Mədəniyyət > Birinci xanım Natali Qule

Birinci xanım Natali Qule


18-05-2015, 17:26. Yerləşdirdi: Kainat Birinci xanım Natali Qule Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyeva Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Fransa Senatının üzvü Natali Qule ilə görüşüb.

Xalqinfo.az-ın məlumatına görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva senator Natali Quleni Bakıda yenidən görməkdən məmnunluğunu bildirib. Mehriban Əliyeva Natali Qule ilə müxtəlif tədbirlərdə birgə iştirakını xatırlayıb, III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini vurğulayıb. Birinci xanım Mehriban Əliyeva Natali Qulenin Fransa parlamentinin üzvü kimi Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm verməsini yüksək dəyərləndirib.

Yenidən ölkəmizə səfərindən məmnun olduğunu söyləyən Fransa parlamentinin deputatı hər gəlişi zamanı paytaxtımızda gördüyü dəyişikliklərin və yeniliklərin onu heyran etdiyini bildirib. Tədbirə dəvətə görə təşəkkürünü bildirən Natali Qule artıq ənənə halı almış Bakı Forumunun mədəniyyətlərarası dialoqun genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Mənbə
ANS PRESS
Geri qayıt