DataLife Engine > Siyasət > Yəmən xalqı xarici təcavüzkarlara etiraz etmək üçün küçələrə çıxdı

Yəmən xalqı xarici təcavüzkarlara etiraz etmək üçün küçələrə çıxdı


28-03-2015, 13:23. Yerləşdirdi: Tural Yəmən xalqı xarici təcavüzkarlara etiraz etmək üçün küçələrə çıxdı
Yəmənin cənubundakı Taiz şəhərində xalq etiraz nümayişləri təşkil edərək ordunu Səudiyyə Ərəbistanı qüvvələrinin Yəmən torpaqlarına təcavüzü qarşısında qətiyyət nümayiş etdirməyə səsləyib. Bu barədə "İslamiDavet" saytı yazıb.

Nümayişdə Taiz xalqından xeyli sayda insan könüllü olaraq Səudiyyə rejimi və müttəfiqlərinin ölkə torpaqlarına təcavüzünün qarşısını almaq üçün vuruşmağa hazır olduqlarını elan ediblər.

Martın 27-də həmçinin Yəmən Cümə namazı xətibləri də Səna və Saada məscidlərində xalqı Səudiyyə rejimi əleyhinə cihadda iştirak etməyə çağırıblar ("Deyerler.org").


Geri qayıt