DataLife Engine > Siyasət > “Biz Rusiya ilə oyun oynamırıq, əlavə sanksiyalar olacaq...

“Biz Rusiya ilə oyun oynamırıq, əlavə sanksiyalar olacaq...


21-02-2015, 19:08. Yerləşdirdi: Tural “Biz Rusiya ilə oyun oynamırıq, əlavə sanksiyalar olacaq...
ABŞ-ın dövlət katibi Con Kerri Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunacağını mümkün sayıb. Musavat.com-un məlumatına görə, bu barədə “Reuters”in yaydığı xəbərdə deyilir.

“ABŞ və müttəfiqləri oyun oynamağa hazırlaşmırlar. Biz əlavə sanksiyaların tətbiqindən, əlavə səylərdən danışırıq. Rusiyanın davranışı beynəlxalq birliyinin prinsiplərinə uyğun gəlmir” – deyib dövlət katibi.

Xatırladaq ki, az öncə Ağ Evin mətbuat katibi Con Ernest Ukraynanın şərqində separatçıların davam etdirdiyi hərbi əməliyyatlar səbəbindən ABŞ və Avropa Birliyi tərəfindən Kremlə qarşı daha sərt ölçülər götürülə bilər.

Musavat.com
Geri qayıt