» » Müsavat Məclisinin sədri qadın seçildi


Müsavat Məclisinin sədri qadın seçildi

Bölmə: Siyasət
Müsavat Məclisinin sədri qadın seçildi

Bu gün Müsavat Partiyası Məclisinin toplantısında Məclis sədrliyinə, Məclisin katibi postuna, Məclis, Divan və Mərkəzi Nəzarət Təftiş Komissiyasında boş yerlərə seçkilər keçirilib.


"XALQINFO" “Media forum” saytına istinadən xəbər verir ki, Müsavat Məclisi sədrliyinə yeganə iddiaçı olan başqan müavini Nüşabə Sadıxlı partiyadaşlarının dəstəyini qazanaraq bu posta seçilib. Onun lehinə səsvermədə iştirak edən 76 nəfərdən 62-si səs verib. Nüşabə Sadıxlı Müsavatın tarixində Məclis sədri postunu tutan ilk qadındır.

Nüşabə Sadıxlı 1972-ci ildə Azərbaycan (Bakı) Dövlət Universitetini bitirdikdən sonra orada pedaqoji fəaliyyət göstərir. Filologiya elmləri namizədi, BDU-nun dünya ədəbiyyatı kafedrasının dosentidir.

Milli azadlıq hərəkatının öncül şəxslərindən olan Nüşabə Sadıxlı uzun illər AXC, AXCP və KXCP-də fəaliyyət göstərib. 2003-cu ildən Müsavat Partiyasının üzvüdür.

Məclis katibi postuna 70 səslə Rauf Ağa seçilib.

Divan üzvü seçilən şəxslər bunlardır: Gülağa Aslanlı (59 səs), Alya Yaqublu (57 səs), Başxanım Abbaslı (45 səs) və Səxavət Soltanlı (49 səs).

Məclisə 6 nəfər seçilib, bununla da üzvlərin sayı 125-ə çatıb.

Mərkəzi Nəzarət Təftiş Komissiyasına seçilən olmayıb.

Müsavat Məclisində 32 yer, Mərkəzi Nəzarət Təftiş Komissiyasında 4 yer boş idi.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler