» » “Arif Hacılı kimi uyğun görürsə, o da seçiləcək”

“Arif Hacılı kimi uyğun görürsə, o da seçiləcək”

Bölmə: Siyasət
“Arif Hacılı kimi uyğun görürsə, o da seçiləcək”Müsavat partiyasının dekabrın 27-də keçiriləcək növbəti Məclis sədrliyinə bu günə kimi iki namizəd qeydə alınıb. Onlarda biri Nüşabə Sadıqlı, ikincisi usə Sabir Məmmədlidir.

Müsavat partiyasının üzvü Tural Abbaslı aznews.az-a bu iki namizəddən hansının qələbə qazanacağı haqda fikrini bildirib:
“Əslində seçkidən öncə kimin seçiləcəyini demək qeyri-mümkündür. Hətta, nizamnamə şərtlərinə görə Məclis üzvlərinin ümumi sayının 50+1, yəni yarıdan çoxunun səsini almağın lazım olduğunu nəzərə alsaq, ümumiyyətlə kiminsə seçiləcəyini demək çətindir. Yəni nəticədə hər iki namizəd seçilməyə də bilər”.

T.Abbaslı əlavə edib ki, partiyada keçirilən ilk Məclis sədrliyi seçkilərində birinci dəfə heç kim seçilməyib: “Burada vəziyyəti başqa bir nüans da qəlizləşdirir. Belə ki, Məclisdə tərəfdarları səs çoxluğuna malik olan Arif Hacılı bu seçkilərə hələ də qrup savaşının davamı kimi baxır. Odur ki, o, qrup maraqlarına uyğun kimi görürsə, o da seçiləcək. Bu məsələlərə yanaşma tərzi dəyişmədikcə belə seçimlərin heç bir faydası olmayacaq”.

Qeyd edək ki, 25-ə yaxın şəxs sərbəst Məclis üzvlüyünə namizədliyini verib. Məclis katibliyinə, Divana, MNTK-ya boş qalan yerlərə də seçkilər keçirilməsi nəzərdə tutulur. Namizədliyi ürəli sürülmə prosesi dekabrın 26-a kimi davam edəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler