» » Ən fəal Qusar seçiciləridir

Ən fəal Qusar seçiciləridir

Bölmə: Siyasət
Ən fəal Qusar seçiciləridirDekabrın 23-də keçirilən bələdiyyə seçkilərində saat 12:00-dək ölkə üzrə 1 milyon 33 min 210 nəfər səs verib. Bu, ümumi seçicilərin 21,44 faizini təşkil edir.


AzərTAc-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov deyib ki, ən çox seçici fəallığı 31,03 faizlə 51 saylı Qusar seçki dairəsində qeydə alınıb. Ən aşağı seçici fəallığını isə 10,34 faizlə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi göstərib.

Seçkilərdə 1607 bələdiyyə üzrə 15 min 35 bələdiyyə üzvlüyünə 37 min 77 namizəd iştirak edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler