» » Azərbaycanın ən fəal seçiciləri haradadır? -

Azərbaycanın ən fəal seçiciləri haradadır? - YENİLƏNİB

Bölmə: Siyasət, BLOK XƏBƏR
Azərbaycanın ən fəal seçiciləri haradadır? -İndiyə qədər ən çox seçici fəallığı 51 saylı Qusar, 53 saylı Quba-Qusar seçki dairəsində qeydə alınıb. Xalqinfo.az trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib. R.Gülməmmədov bildirib ki, ən az seçici fəallığı isə 37, 38, 39, 40 saylı Gəncə seçki dairələrində qeydə alınıb. --------- 11:45 İndiyə qədər ən çox seçici fəallığı 93 saylı Bərdə şəhər və 84 saylı Beyləqan seçki dairəsində qeydə alınıb.trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib. R.Gülməmmədov bildirib ki, ən az seçici fəallığı isə Culfa və Şərur seçki dairələrində qeydə alınıb. Qeyd edək ki, bu il bələdiyyə seçkilərində 1607 bələdiyyə üzrə 15 035 bələdiyyə üzvü seçilməlidir. Seçkilər 118 dairə üzrə keçirilir. Ermənistan tərəfindən işğal olunmuş əraziləri əhatə edən rayonların aid olduğu 7 seçki dairəsi üzrə bələdiyyə seçkiləri keçirilmir. Səsvermə 5015 məntəqədə həyata keçiriləcək. Bu məntəqələrdən 4887-si daimi, 128-i isə müvəqqəti yaradılan məntəqədir. Bələdiyyə seçkiləri üçün 37 077 namizəd qeydə alınıb. Onlardan 13 907 nəfərin namizədliyi 8 siyasi partiya tərəfindən irəli sürülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler