» » Amerikadan Rusiyaya -zərbə

Amerikadan Rusiyaya -zərbə

Bölmə: Siyasət, Dünya, BLOK XƏBƏR, MANŞET
Amerikadan Rusiyaya -zərbə

ABŞ prezidenti Barak Obama Konqres tərəfindən qəbul edilmiş Rusiyaya qarşı yeni sanksiyalar haqqında və Ukraynaya dəstək haqqında qanun layihələrini bu həftənin sonunadək imzalayacaq.

XALQİNFO.AZ ANS PRESS-ə istinadən xəbər verir ki, Ağ evin mətbuat katibi Con Ernest bildirib ki, B.Obama əvvəlki kimi, qanun layihələri haqqında müəyyən narahatlıq keçirir, amma hesab edir ki, bu ona manevr üçün yeni imkanlar açacaq.

Yeni layihə Rusiyanın müdafiə sənayesinə sanksiyaları nəzərdə tutur. Bu barədə ötən şənbə günü Konqresdə əksəriyyət tərəfindən qəbul edilib.

Bildirilir ki, əgər amerika lideri respublikaçılar və demokratlar arasında nadir həmrəyliyi göstərən qanun layihələrini imzalayarsa, "Rosoboroneksport" və Rusiyanın digər müdafiə müəssisələri ağır sanksiyalar gözləyir. Həmçinin sanksiyalarla üzləşəcək fərdi şəxslərin siyahısı da genişləndiriləcək.

Digər qanun layihəsi prezident Barak Obamaya Ukraynaya hərbi kömək göstərməyə icazə verir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler