» » “Müsavat üçün xoş nəticə olmayacaq” –

“Müsavat üçün xoş nəticə olmayacaq” – Məclis seçkiləri

Bölmə: Siyasət, BLOK XƏBƏR
“Müsavat üçün xoş nəticə olmayacaq” – Müsavat partiyasının Divanı dekabr ayının 27-də Məclisin sessiyasının keçirilməsi barədə qərar verib. Belə ki, partiya bu iclasda boş qalan 32 Məclis üzvü və Məclis sədri yerinə seçkilər keçiriləcək.

Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı mətbuata açıqlamasında Məclis sədrliyinə iddialı namizədlərin olduğunu bildirib. Amma həmin şəxslərin adlarının öncədən açıqlamağın doğru olmadığını deyib: “Mənim indi onların adını açıqlamaq səlahiyyətim yoxdur”.

Müsavatın qurultaya kimi Məclis sədri Arzu Səmədbəyli olub. Amma bəzi media orqanlarında yayılan məlumatda deyilir ki, Müsavat rəhbərliyi və Divanı Arzu Səmədbəyliyə Məclis sədrliyinə namizədliyini verməsi üçün müraciət edib. G.Aslanlı isə həmin məlumatı təkzib edərək, bildirib ki, Məclis sədri təyinat yox, seçkili bir orqandır.

aznews.az-a daxil olan məlumata görə, Arzu Səmədbəyli Müsavat partiyasında heç bir vəzifə tutmaq istəmədiyini vurğulayıb və “Bundan sonra partiyada sıravi üzv kimi qalacam” sözlərini deməklə kifayətlənib.

“Arzu Səmədbəylidən sonra Məclis sədri postunu kim tutacaq” sualının cavabı digər müsavatçıları da düşündürür.

Müsavat partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli AzNews.az-a açıqlamasında bildirib ki, Məclis sədri postunda kimin olması onun üçün əhəmiyyətsizdir: “Mənə fərq etməz, indiki durumda kim olur, olsun. Onsuz da Arif Hacılının komandası göz qabağındadır. Biri partiyada təmizləmə siyasəti, digəri isə "cəza vermə" metodu ilə işləyir. Partiyaya sadiq olanlara qapı göstərənləri, 76 yaşlı qadını partiyadan çıxartmaqla MNTK-ya müraciət edənləri hamı tanıyır”.

Müsavat partiyasının üzvü Tural Abbaslı isə Məclis sədri, yəni Arzu Səmədbəylini bundan sonra əvəz edəcək şəxsin kimliyinin partiyadaxili gərginliyi daha da artıracağını bildirib: “Məclis sədri seçkili orqandır və bu, Məclis üzvləri tərəfindən seçilir. Bu posta kiminsə təyin edilməsi ancaq siyası dəstək ola bilər. Məclis üzvü nizamnaməyə əsasən başqandan sonra ən səlahiyyətli postdur. Demək olar ki, partiyanın ikinci şəxsi sayılır. Bu günə kimi iddialı olanların adlarını eşitmədim. Adətən, seçkiyə yaxın iddialıların adları bəlli olur. Yəni Məclis üzvləri arasında həmin şəxsin təbliğatı aparılır. Biz və tərəfdarlarımız nə MNTK-ya, nə də Məclis üzvlüyünə boş qalan yerlərə namizədliyimizi vermək fikirində deyilik. Bu seçki əslində partiyanın daha güclü olmasını təmin etməlidir. Seçkilər kimisə vəzifəyə gətirmək, kiməsə status vermək üçün xidmət etməməlidir. İndiki halda Arif Hacılı tərəfdarlarınin Məclisdə səs çoxluğu var və demək olar ki, bütün seçiklərin nəticələrini onlar həll edir. O zaman Məclis seçkiləri də rəmzi xarakter daşıyır. Dolayısı ilə verilmiş siyası qərar kimi qəbul olunur. Düşünürük ki, indiki rəhbərlik, yəni Arif Hacılı seçkilərə partiyanın güclənməsindən daha çox qrup savaşı kimi baxır. Hansı qrup hansı postda təmsil olunacaq, hansı qrupun nümayəndəsi hansı seçkili orqanda nə qədər təmsil olunacaq və s. Belə bir vəziyyətdə seçkilərdə iştirak etməyi mənasız sayıram. Əgər desəydilər ki, bu seçki narazıların da aradan qalxmasına xidmət edəcək, o zaman düşünmək olardı”.

T.Abbaslı onu da əlavə edib ki, Müsavat partiyasında şəxslərin mövqeyi gücləndikcə, partiyanın mövqeyi bir o qədər zəifləyəcək: “Qrupların yarışı qurultaydan sonra başa çatmalıydı. Əks təqdirdə Müsavat üçün heç də xoş nəticələr olmayacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler