» » Raketlərin geri qaytarılması Putinin taktiki addımıdır

Raketlərin geri qaytarılması Putinin taktiki addımıdır - analtiklər

Bölmə: Siyasət, Dünya
Raketlərin geri qaytarılması Putinin taktiki addımıdır
Avropanı qorxuda saxlayan Rusiyanın ən təhlükəli raketləri Kalininqraddan geri aparılıb.

Xalqinfo.az anspress.com-a isitnadən bildirir ki, Rusiya Müdafiə Nazirliyi Kalininqradda yerləşən Qərb Hərbi Dairəsinin taktiki "İskəndər-M" raket briqadasının dislokasiya yerini dəyişdirəcəyini bildirib.

Verilən rəsmi açıqlamada bildirilir ki, dislokasiya Qərb Hərbi Dairəsində keçirilmiş təlimlərdən sonra həyata keçirilib.

Qeyd edək ki, ən yeni silahlar hesab olunan "İskəndər-M" raketləri NATO-nun Şərqi Avropada raket əleyhinə medafiə sistemləri quraşdırmaq istəyinə cavab olaraq Kalininqrada yerləşdirilmişdi.

Ukrayna böhranı səbəbindən Qərbin tətbiq etdiyi sanksiyalar fonunda Kreml rəhbərliyinin hərəkəti geri addım kimi də qiymətləndirmək olar. Belə ki, Avropa ölkələrini və Rusiyanı hüç cürə razı salmayan sanksiyalar hər iki tərəfə milyardlar bahasına başa gəldiyindən Moskva ilə ABŞ istisna olmaqla digər Qərb ölkələri ilə anlaşması da istisna olunmur. Dəfələrlə Rusiya rəsmiləri oxşar təkliflə Avropa ölkələrinə müraciət etmişdilər.

Ekspertlər hesab edirlər ki, raketlərin geri çəkilməsi Putinin taktiki addımı da ola bilər. Bununla Putin sanksiyaların yumşaldılmasına və ölkəsini bürüyən iqtisadi böhrandan çıxmaq üçün zaman qazanmasına da hesablanmış ola bilər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler