» » Nazir işdən qovulanlardan danışdı

Nazir işdən qovulanlardan danışdı

Bölmə: Siyasət, BLOK XƏBƏR
Nazir işdən qovulanlardan danışdıNizam-intizam qaydalarının pozulması və digər qanunazidd əməllərə yol verdiklərinə görə il ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının nalayiq hərəkətləri ilə bağlı 68 müraciət daxil olub.

Xalqinfo.az trend-ə istinadən xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 9-cu ildönümü və nazirlik işçilərinin peşə bayramı münasibətilə FHN-in Mərkəzi aparatında keçirilən kollegiya iclasında deyib. Nazirin sözlərinə görə, ötən müddətdə FHN-in 40 əməkdaşı barədə intizam tənbehi tədbirləri görülüb: "Bunlardan 16-sı xidmətdən xaric edilib, 52 əməkdaş barəsində digər intizam tənbeh tədbirləri görülüb, 3 əməkdaşa isə xəbərdarlıq edilib".

Nazir həmçinin bildirib ki, bu ilin 11 ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə yanğınla bağlı 10 567 çağırış daxil olub. K.Heydərov qeyd edib ki, bu hadisələrin 3667-si Bakı şəhərində qeydə alınıb. Ümumilikdə yanğın hadisələrinin 14-ü yüksək saylı çağırışla, digərləri isə çevik şəkildə söndürülüb. Nazirin sözlərinə görə, hər gün orta hesabla 32 yanğın hadisəsi baş verib, hər 7 gün ərzində isə 1 nəfər yanğın hadisələri zamanı xilas edilib.

Bu ilin hesabat dövründə baş vermiş yanğınlar nəticəsində 39 nəfər həlak olub. Görülən tədbirlər nəticəsində 123 dövlət, 600 fərdi ev, 312 özəl obyekt, 305 müxtəlif təyinatlı texnika yanğından mühafizə edilib.

Yanğınsöndürənlər tərəfindən 11-i uşaq olmaqla 47 nəfər xilas edilib, 738 nəfər isə yanğının baş verdiyi ərazilərdən təxliyə olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler