» » Erməni müdafiə naziri Azərbaycana gəldi –

Erməni müdafiə naziri Azərbaycana gəldi – Onun maşını niyə vurulmur?

Bölmə: Siyasət, BLOK XƏBƏR
Erməni müdafiə naziri Azərbaycana gəldi –Ermənistanın müdafiə naziri Seyran Ohanyan ermənilər tərəfindən işğal edilən Azərbaycan torpağına gəlib.

Xalqinfo.az aznews.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, erməni nazir Dağlıq Qarabağda səngərdə olub, əsgər və zabitlərlə söhbət edib.

Qeyd edək ki, bu, erməni nazirinin Azərbaycana qəfil səfəri ilk dəfə deyil. İstər müdafiə naziri, istərsə də prezident Serj Sarkisyan tez-tez Qarabağa gəlir.
Bu da Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edildiyinin əyani sübutudur.

Siyasi ekspertlər isə düşünür ki, erməni rəsmilərinin Dağlıq Qarabağa gəlişinə maneçilik törədilməlidir. Bu, Ermənistana beynəlxalq təzyiqlə həyata keçirilə, ya da gələn rəsminin korteji radarlar vasitəsilə aşkar edilərək sıradan çıxarıla bilər.

Necə ki, hərbçimizin sayıqlığı nəticəsində Azərbaycan səngərin on addımlığında uçan erməni helokopteri məhv edilmişdi. Bu ənənə quru yolla Ermənistandan Dağlıq Qarabağa gələn maşınlara da şamil edilməlidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler