» » İlham Əliyev İranla bağlı Memorandumu təsdiq etdi

İlham Əliyev İranla bağlı Memorandumu təsdiq etdi

Bölmə: Siyasət, BLOK XƏBƏR
İlham Əliyev İranla bağlı Memorandumu təsdiq etdiPrezident İlham Əliyev Azərbaycan hökuməti ilə İran İslam Respublikasının hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında bu ilin noyabrın 12-də Bakıda imzalanan Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Xalqinfo.az bildirir ki, apa-nın məlumatına görə, sənəddə deyilir ki, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

Bundan başqa, Azərbaycanın Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran hökumətini xəbərdar etməlidir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler