» » Şeyxlə Putin arasındaki qalmaqal hansı şərtlə

Şeyxlə Putin arasındaki qalmaqal hansı şərtlə - çözülə bilər ?

Bölmə: Siyasət
Şeyxlə Putin arasındaki qalmaqal  hansı şərtlə


Qətər əmirliyinin keçmiş baş naziri və xarici işlər naziri şeyx Hamad bin Casim bin Caber əl-Tani azərbaycanlı neft maqnatı Vahid Ələkbərovun şirkətinin səhmlərinin bir hissəsini almaq üçün Putinlə məxfi danışıqlar aparır.

Bu barədə Rusiyanın diplomatik çevrələrindəki mötəbər mənbələr Londonda nəşr olunan ərəb qəzeti “əl-Arab”a bildiriblər.

Məlumata görə, əl-Tani Putinə radikal islamçılarla mübarizədə kömək təklif edir, əvəzində “LUKoil”un səhmlərinin bir hissəsini almaq, bununla da şirkətə qarşı tətbiq edilmiş bəzi sanksiyaları aradan qaldırmaq istəyir.

Rusiya mənbələri deyiblər ki, əgər şeyxin radikal islamçılara qarşı Rusiyanın və Qətərin səylərinin birləşdirilməsi barədə anlaşma əldə olunsa, əl-Tani “LUKoil”un səhmlərinin 10 faizini alacaq.

Qeyd edək ki, Vahid Ələkbərov “LUKoil”un səhmlərinin başqa əllərə keçməsinə qəti şəkildə qarşıdır. O, bundan əvvəl şirkətin “Rosneft” tərəfindən alınacağına dair xəbərlərə qəzəbli reaksiya verərək ““LUKoil” satılmır!” demişdi.

Məlumata görə, Qətər əmiri bu fikirdədir ki, Rusiya ilə bu əməkdaşlıq müəyyən çətinliklərlə müşayiət olunacaq, ancaq Rusiya prezidenti islamçı radikallarla mübarizədə əməkdaşlıq etməyə hazır olsa, bu çətinlikləri aşmaq olar.

Qətərin keçmiş baş naziri “fəaliyyətlərini təsadüfən Rusiyada qurmuş” ekstremist qruplarla əlaqələri təmin edən geniş şəbəkəyə malikdir. Həmin əlaqələrin köməyi ilə şeyx Rusiyada radikal islamçıların əlindən girovların azad edilməsinə və digər böhranlı vəziyyətlərin həllinə dəfələrlə kömək edib.

Məlumatlı mənbələr deyiblər ki, Hamd bin Casimin “LUKoil”la razılaşıb-razılaşmayacağı bir neçə həftə ərzində bəlli olacaq. Tezliklə tərəflərin Londonda görüşəcəyi, Vahid Ələkbərovun şeyx Hamadla “LUKoil”un səhmlərinin satılmasını ətraflı müzakirə edəcəyi bildirilir.

Şeyx Hamad bin Casim əl-Tani il yarım əvvəl hakimiyyəti oğluna ötürərək öz postundan gedib və hazırda Londonda dəbdəbəli malikanəsində yaşayır. O, “LUKoil”un səhmlərinin 10 faizini offşor şirkətlərindən biri üzərindən almaq istəyir. Bu ilin aprel ayında şeyx Tani “Heritage Oil” şirkətini belə offşor firmalardan biri üzərindən 924 milyon dollara alıb və hazırda onu özünün əsas investisiya strukturuna çevirib.

Bildirilir ki, “LUKoil” öz səhmlərinin 10 faizini satmağa bu yaxınlarda qərar verib. Məlumata görə, şeyx əvvəllər də “LUKoil”un 10 faizini almaq istəyib, lakin Moskva bu təklifə razı olmayıb. Bu cür sövdələşmənin imzalanması üçün birbaşa Kremlin razılığı lazımdır və əl-Tani hesab edir ki, bunun üçün kifayət qədər nüfuzu var.

Digər mənbə isə deyib ki, şeyx Hamad “LUKoil” prezidentinin səhmlərin satışına qarşı olduğunu öyrənəndə Rusiya prezidenti ilə təmas qurub və ona şirkətin səhmlərinin alınmasına dair müqavilənin mühümlüyünü göstərməyə çalışıb.

Şeyx Putinə təklif edib ki, səhmlərin əvəzində radikal islamçılarla mübarizədə Rusiyaya kömək edə bilər.

Xəbərdə bildirilir ki, şeyx radikal islamçılarla əlaqələri ilə həmişə lovğalanır və hesab edir ki, Moskva onun təklifindən vaz keçə bilməyəcək.

“LUKoil” rəhbərliyi isə hesab edir ki, Qətər şeyxinin təklifi Rusiyanın strategiyası və şirkətin özü üçün hər hansı fayda gətirməyəcək. Çünki əl-Taniyə məxsus firma Rusiyada neft hasilatını artırmaq üçün texnologiyalara malik deyil.

Şeyx Hamad bin Xəlifə əl-Tani vəzifədən getdikdən sonra fəal şəkildə iqtisadi fəaliyyətlə məşğul olur, siyasətlə biznes arasında birbaşa əlaqə qurur. Yeri gəlmişkən, şeyx hakimiyyətdə olanda da bizneslə fəal məşğul idi. Keçmiş əmir hesab edir ki, bizneslə məşğul olması sayəsində o, müxtəlif ölkələrin siyasi və iqtisadi dairələrində mövqelərini daha da möhkəmləndirə, həm də sərvətini artıra bilər.

Bu ilin oktyabrında o, Qətərin indiki əmiri şeyx Tamim bin Hamad əl-Tani ilə birikdə Parisə gedib və orada “Total” şirkətinin prezidenti Kristof de Marjeri ilə bəzi mühüm sövdələşmələri razılaşdırmağa çalışıb. Bir neçə gün sonra Kristof de Marjeri Moskvada təyyarə qəzasında həlak olub.

Ekspertlər hesab edirdi ki, şeyx “Total” şirkəti vasitəsi ilə Rusiyanın neft bazarına təsir etmək, enerjidaşıyıcıları bazarında mövqeyini möhkəmləndirmək istəyir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler