» » Fransa lideri Rusiya səfərindən sonra Baydenlə danışa bilər

Fransa lideri Rusiya səfərindən sonra Baydenlə danışa bilər

Bölmə: Siyasət, Dünya
Fransa lideri Rusiya səfərindən sonra Baydenlə danışa bilər
Amerika administrasiyası Fransa prezidenti Emmanuel Makronun Rusiyaya səfərindən sonra ABŞ prezidenti Co Bayden ilə yeni təmasda olacağına ümid edir.

“Report” xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Cen Psaki Makronun Rusiya prezidenti Vladimir Putinlə danışıqlarını şərh edərkən deyib.

ABŞ administrasiyası rəhbərinin rəsmi nümayəndəsi, Fransa liderinin Moskvaya səfərindən sonra Vaşinqtonun Bayden və Makron arasında yeni təmasda olacağına ümid edib-etmədiyini soruşduqda, “Əlbəttə, biz bunu gözləyirdik” deyə cavablandırıb.

Fransa hökumətinin sözçüsü Qabriel Attal isə bildirib ki, E. Makronun fevralın 7-də Moskvaya, sonra isə fevralın 8-də Kiyevə səfəri rəsmi Parisin Ukrayna ətrafında vəziyyəti deeskalasiya etmək səylərinin davamı olacaq.

Şərh Yaz