İranın nüvə proqramına dair Vyana danışıqları fevralın 8-də davam etdiriləcəkİranla bağlanmış beynəlxalq nüvə sazişini xilas etmək üçün danışıqlar fevralın 8-də Vyanada davam etdiriləcək. Xalqinfo.az *AZƏRTAC"a istinadən xəbər verir ki, bu barədə məlumatı Avropa İttifaqının (Aİ) təmsilçisi Alen Matton danışıqlara rəhbərlik edən Aİ koordinatoru Enrike Moraya istinadla təsdiqləyib. Sosial şəbəkələrdə yayılmış paylaşımda qeyd edilib ki, danışıqların sayca 8-ci raundu baş tutacaq və sazişə tam şəkildə geri dönüş üçün güzəştlərə getmək ruhu tələb olunur. Sazişə zərbə vuran müxtəlif arzuolunmaz tendensiyaları nəzərə alaraq, bu danışıqların qısa vaxtda yekunlaşmasına ehtiyac var. Qeyd edək ki, ötən ilin yayından aparılan danışıqlara son olaraq yanvarın 28-də fasilə verilib. Hesab edilir ki, gələn həftə danışıqların yekunlaşması üçün önəmli dövr olacaq. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|