» » Moizin qətlində əli olan 4 nəfər məhv edildi

Moizin qətlində əli olan 4 nəfər məhv edildi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Moizin qətlində əli olan 4 nəfər məhv edildi
Haitinin hüquq-mühafizə orqanları ölkə Prezidenti Jovenel Moizin qətlə yetirilməsində əli olan dörd muzdlunu məhv edib, daha iki nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət televiziyasının efirində Haiti Milli Polisinin başçısı Leon Şarl bildirib.

“Onlardan dördü öldürülüb, daha ikisi bizim nəzarətimiz altındadır və sorğu-sual edilirlər. Girov götürülmüş üç polis əməkdaşı azad edilib”, - o deyib.

Daha əvvəl Avropa İttifaqı (Aİ) Haiti Prezidenti Jovenel Moizin qətlini pisləyib.

Haitinin 53 yaşlı Prezidenti Jovenel Moiz iyulun 6-dan 7-nə keçən gecə sui-qəsd nəticəsində qətlə yetirilib. Ölkədə 15 günlük milli matəm elan edilib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler