» » ABŞ-ın büdcəsi 1,1 trilyon dollar

ABŞ-ın büdcəsi 1,1 trilyon dollar müəyyənləşdirildi

Bölmə: Siyasət, Dünya, BLOK XƏBƏR

ABŞ-ın büdcəsi 1,1 trilyon dollar
Dünyanın ən nəhəng və güclü dövlətlərindən biri olan Amerika Birləşmiş Ştatlarının 2015-ci il üçün dövlət büdcəsi təsdiqləndi.

Xalqinfo.az-ın ANS PRESS-ə istinadən verdiyi məlumatına görə, ABŞ Senatı fikir ayrılıqları ilə müşayiət olunan ciddi müzakirələrdən sonra ölkənin dövlət büdcəsini qəbul edib. Qanun layihəsinin lehinə 56, əleyhinə isə 40 senat səs verib.

Dekabrın 13-də qəbul edilmiş qanuna əsasən, federal büdcə 1,1 trilyon dollar həcmində müəyyənləşib.

ABŞ-da yeni maliyyə ili bu il oktyabrın 1-dən başlayıb və hökumət indiyədək müvəqqəti maliyyələşmə haqqında qətnamə əsasında fəaliyyət göstərib.

Büdcə layihəsinin müzakirəsi Konqresin Nümayəndələr Palatasında və Senatda ciddi fikir ayrılıqları ilə müşayiət olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler