» » Rusiyanın təcavüzünə qarşı birgə

Rusiyanın təcavüzünə qarşı birgə cavab verəcəklər

Bölmə: Siyasət, Dünya, BLOK XƏBƏR
Rusiyanın təcavüzünə qarşı birgə


Baltik ölkələrinin və Polşanın müdafiə nazirləri Rusiya təcavüzünə qarşı birgə cavab verəcəklər. Onlar bu barədə Riqada razılığa gəliblər.

Xalqinfon.az-in anspress.com-a istinadən verdiyi məlumata görə, Latviyada keçirilən görüşdə müdafiə nazirləri regionda Rusiyanın hərəkətlərinə təmkinli planda birgə cavab verəcəklərini söyləyiblər.

Litva Müdafiə Nazirliyinin press-relizində deyilir: "Baltik ölkələrinin müdafiə nazirləri əməliyyat planlarının uyğunlaşdırılmasının zəruriliyini təsdiqləyiblər. Baltik ölkələrinin birgə yaradılan Birləşmiş Qərargahı mümkün hərbi təcavüz halında Baltik ölkələrinin konkret iş planlarını hazırlamalıdır."

Litvanın müdafiə naziri Yuozas Olekas Uelsdə NATO-nun sammitində həmrəyliklə qəbul edilmiş qərarları həyata keçirməyə çağırıb. O, NATO-nun komanda elementlərinin yaradılmasının, həmçinin Baltika ölkələrində və Polşada hərbi qulluqçuların və silahların ilkin yerləşdirməsinin, Ukraynaya hərbi kömək göstərilməsi imkanına baxmağın vacibliyini vurğulayıb: "Bu, Rusiya təcavüzünə qarşı azadlıq və müstəqillik mübarizəsində Ukrayna ilə həmrəyliyi nümayiş etdirərdi."

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler