MySQL Error!
MySQL error in file: /engine/modules/show.full.php at line 634
Error Number: 191
The Error returned was:
Too many words in a FTS phrase or proximity search
SQL query:

SELECT id, date, short_story, xfields, title, category, alt_name FROM dle_post WHERE MATCH (title, short_story, full_story, xfields) AGAINST ('Bayden ABŞ-ın müttəfiqi Səudiyyəyə “atəş açdı” - Qaşıqçı cinayətinin açılmasının gizlinləri Yeni Ağ Ev sahibi krallıqla əlaqələri gərginləşdirdi, Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın jurnalist Camal Qaşıqçının qətlində əli olduğunu açıqladı, 76 ərəbə sanksiya qoyuldu, silah satışı donduruldu; analitiklərin təhlili: “Baydenin nə istədiyini...”ABŞ hökuməti Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın jurnalist Camal Qaşıqçının qətli əməliyyatını təsdiqlədiyinə dair çoxdan gözlənilən kəşfiyyat hesabatı yayımlayıb.“Qiymətləndirməmizə görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın səudiyyəli jurnalist Camal Qaşıqçını yaxalamaq və ya öldürmək üçün Türkiyənin İstanbul şəhərində əməliyyat keçirilməsini təsdiqləyib”, - deyə Milli Kəşfiyyat Agentliyinin (MKA) məxfiləşdirilmiş xülasəsində bildirilib.“Yeni Müsavat”ın Siyasət şöbəsi yazır ki, bu hesabat Cozef Bayden Amerika prezidenti postuna gələr-gəlməz açıqlandı. Bayden ilk atəşi ABŞ-a müttəfiq ölkə olan Səudiyyə Ərəbistanına açdı və Qaşıqçı cinayəti faş olundu.MKA-nın sənədi konkret olaraq Səudiyyə rəhbərliyini qətldə ittiham etməkdir. Bu, dövlətlərarası münasibətlərdə gərginlik fazasına daxil olmağa səbəb yarada bilər.“Vaşinqton Post” qəzetinin yazarı olmuş Vircinya sakini Qaşıqçı türk nişanlısı ilə evlənmək üçün 2018-ci ilin oktyabrında Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğundan lazımi sənədləri almaq istərkən öldürülüb.Türk rəsmiləri bildirirlər ki, o, içəri girdikdən sonra 15 nəfərlik Səudiyyə Ərəbistanı komandos qrupu 59 yaşlı jurnalisti öldürüb və cəsədini parçalayıb.4 səhifəlik hesabata görə, müstəntiqlər qiymətləndirmələrini şahzadə Məhəmmədin Səudiyyə Ərəbistanındakı qərar qəbul etməyə nəzarəti, tərəfdarlarının əməliyyatda birbaşa iştirakı, eləcə də Qaşıqçı daxil olmaqla, xaricdəki müxalifləri susdurmaq üçün şiddətli tədbirlərdən istifadə etməni dəstəkləməsinə əsaslanırlar.Vaşinqtonun krallıqla münasibətlərini çətinləşdirəcəyi məlum olsa da, sanksiyalarla müşayiət olunmayıb. Bunun əvəzinə, dövlət katibi Entoni Blinken 76 Səudiyyə vətəndaşı üçün səyahət məhdudiyyətlərini elan edib.Çox maraqlıdır ki, gizli hesabatın yayımlanması Ağ Evin Yaxın Şərqdəki ən əhəmiyyətli müttəfiqlərindən biri ilə münasibətlərin soyuq dövründə baş verir.Kurs düzəlişləri çərçivəsində prezident Bayden ABŞ-ın Səudiyyə Ərəbistanının Yəməndə apardığı müharibəyə verdiyi dəstəyi dayandırıb və krallığa böyük silah satışını müvəqqəti dondurub.Administrasiyanın Yəməndəki müharibəni bitirmək səyləri çərçivəsində ABŞ-ın Yəməndəki xüsusi elçisi Timoti Lenderkinq bu həftə krallığa səfər edib.Bu baxımdan Qaşıqçı işi üzrə hesabatın yayılması təkcə jurnalistin qatilinin tapılmasına deyil, ortada başqa siyasi amillərə hesablanıb.Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi əməkdaşı Qriqori Lukyanov deyib ki, hesabat münasibətləri soyuda bilər, amma müttəfiqlik münasibətlərinin çöküşməsi çətin mümkün olsun: “Onları təhlükəsizlik təminatı və Yaxın Şərq regionunda qarşılıqlı maraqlar planında çoxsaylı kontraktlar birləşdirir.Səudiyyə Ərəbistanı ABŞ hərbi sənaye kompleksinin böyük alıcılarından biridir və ABŞ-ın enerji tərəfdaşıdır. Üstəlik, Səudiyyə Ərəbistanı Yaxın Şərqdə lider roluna iddia edən dövlətdir, buna görə də Bayden onlarla münasibətləri tam şəkildə poza bilməz\".Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Tramp artıq bu yöndə Baydenin xarici siyasət xəttini tənqid etməyə başlayıb. Analitik bildirir ki, ABŞ rəhbəri Yəməndə husiləri terrorçular siyahısından çıxarıb və bununla İranın “dəyirmanına su töküb”: “Eyni zamanda ”Həşd-Şəbi\" qruplaşmasını məhv etsə də, nüvə proqramı ilə bağlı “altılıq” qrupuna qayıtmaq ehtimalını istisna etməyib.Regionda oturuşmuş bütün əlaqələri pozmaq və Səudiyyə ilə münasibətlərdə gərginlik yaratmaq inanılmazdır. Bu, Yaxın Şərqdə siyasi qüvvələrin nisbətini alt-üst edir, sanki dəyişdirilməsinə yönəlir.Ümumiyyətlə, Səudiyyə Ərəbistanı zəngin dövlətdir və həmişə Amerika ilə yaxın münasibətlər saxlayıb, ondan yüz milyardlarla silah alıb\".Ekspert hesab edir ki, Səudiyyə Amerikanın Yaxın Şərq siyasətinin forpostu rolunu oynayıb: “Düzdür, şahzadə bin Salmanın hərəkətlərində bir xeyli ziddiyyətli məqamlar var, Qaşıqçının qətli onun zirvəsi sayılırdı. Amma bu cinayət işi üzrə bir neçə adam həbs edilməklə iş bitmiş sayılırdı. İndi yenidən bu məsələnin qaldırılması, münasibətlərin kəskinləşməsi fikrimcə, Səudiyyədən daha çox, Amerikanın ziyanıdır.Səudiyyə ərəb ölkələrinin lideridir, üçüncü dünya ökələrinə humanitar yardımlar etməklə xeyli tərəfdar toplaya bilib, belə ölkə ilə əlaqələrin korlanması istiqamətində bəyanatların səsləndirilməsi qəribə görünür.Hazırda 26 ərəb dövlətindən heç olmasa iyirmisi Səudiyyənin iradəsinə hörmət edir və onu özlərinin ağsaqqalı kimi görürlər. O mənada Baydenin hansı fikrə gəldiyini qəti proqnozlaşdırmaq çox çətindir. Çünki Səudiyyə bir çox məsələlərin həllinə vasitəçilik edib, Misirlə “Kemp Devid” sazişinin bağlanmasında rol alıb, Yasir Ərəfatın Fələstin rəhbəri olduğu dönəmdə razılaşmaya nail olub, bu günlərdə də xəbər yayıldı ki, İsraillə gizli danışıqlar aparır. Yəni danışıqlar gələcəkdə əksər ərəb ölkələrinin Tel-Əvivlə diplomatik əlaqələr yaratmasına gətirib çıxara bilər. Belə hadisələrin cərəyan etdiyi fonda Baydenin nə istədiyini fərz etmək mümkün olmur\".İstanbulda yaşayan siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, Bayden xarici siyasət istiqamətində iki müttəfiqi ilə əlaqələri pisləşdirib. Onun fikrincə, biri NATO dövləti olan Türkiyədirsə, digəri Səudiyyə Ərəbistanıdır: “Baydenin Amerikanın tərəfdaşları ilə hansı dildə danışmaq istədiyi anlaşılmazdır. Türkiyə ilə əlaqələrin korlanması Ankaranın Moskva ilə yaxınlaşmasına gətirib çıxarırsa, Səudiyyə siyasətində atdığı addımlar da İranın maraqlarına uyğun gəlir.Görünür ki, Bayden Tehranla yumşaq siyasət aparmağa hazırlaşır, amma heç də ABŞ-İran münasibətlərində yeni mərhələ Səudiyyə ilə işləri korlamaqdan keçməməlidir. Güman etmirəm ki, ABŞ müttəfiqi olan Səudiyyə Ərəbistanına qarşı uzunmüddətli soyuq siyasət nümayiş etdirsin\".Ekspert Qaşıqçı cinayətinin açılmasını bir jurnalistin əsl qatilinin tapılmasına yönəlik addım saymır:“Burada Vaşinqton-Ər Riyad əlaqələrində yeni təməl qoyulur. Demokratlar Respublikaçılardan fərqli olaraq, hakimiyyətə gələndə İranla yumşaq siyasət yürüdür, ərəblərlə can-ciyər olmurlar.Tramp bir neçə ərəb ölkəsi ilə İsrailin diplomatik əlaqələrinin qurulmasına nail olmuşdu, Bayden bu kursu vurmaqdadır\".Musavat.com') AND id != 86838 AND approve=1 AND date < '2024-04-25 11:36:03' LIMIT 5